Sautportda rəqs dərsi zamanı uşaqların öldürülməsindən sonra başlayan iğtişaşları yatırarkən 50-dən çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Bu barədə Mersisayd Polis Federasiyasının sədri Kris Makqleyd Sky News telekanalında bildirib.
İlkin məlumatlara görə, iğtişaşlar nəticəsində 8 polis əməkdaşı ağır yaralanıb. Onlara sınıqlar, kəsiklər və beyin silkələnməsi diaqnozu qoyulub. Üç polis iti də yaralanıb.
Şimal-Qərb Təcili Yardım Xidməti X sosial mediasında ən azı 27 qurbanın hazırda xəstəxanada olduğunu yazıb. Daha 12 nəfərə hadisə yerində tibbi yardım göstərilib.