Polşada Hərbi Akademiyanın müəllimi saxlanılıbbackend

Polşada hərbi akademiyanın müəllimi minlərlə kəşfiyyatçının məlumatlarını oğurladığı üçün saxlanılıb. Bu barədə TVN məlumat yayıb.

Telekanalın məlumatına görə, müəllimlə ölkənin Hərbi Kəşfiyyat Xidməti də işləyir.

Qeyd olunur ki, saxlanılan şəxs son illər Belarusda bir neçə dəfə olub.

Bundan əvvəl FSB əməkdaşları xüsusi xidmət orqanlarının hərbi məlumatları Ukraynaya ötürməkdə və partlayıcı maddələr hazırlamaqda şübhəli bildiyi Rostov vilayətinin sakinini saxlayıblar.