Britaniyada yəhudi icmasına qarşı silsilə hücumlar baş veribbackend

Böyük Britaniyanın cənubundakı Bornmut şəhərində yəhudi icmasına qarşı silsilə hücumlar baş verib, bir yeniyetmə pnevmatik silahla yaralanıb.

Bu barədə Dorset polisinə istinadən “Telegraph” qəzeti məlumat yayıb.

Hadisələrdən birinin şənbə günü, avqustun 23-də baş verdiyi bildirilir.

“İki nəfər Bornmutda Manor Road ilə gedərkən bir sürücü dayanaraq onlara söyüş söyüb. Bildirilir ki, daha sonra onlardan biri, yeniyetmə pnevmatik tapança ilə vurulub”, – məqalədə deyilir.

Hücum nəticəsində uşaq kəllə-beyin travması alıb. Yerli sakinlər onu da qeyd ediblər ki, naməlum şəxslər icma nümayəndələrinin evlərinə svastikalar çəkiblər. Qeyd olunur ki, yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb.