Britaniyalı yeniyetmələrin yarısı internetsiz dünya arzusundadırbackend

16-21 yaşlı britaniyalıların 46%-i gəncliyini internetsiz keçirməyə üstünlük verir. Bu barədə “The Guardian” sosioloji araşdırmanın məlumatlarına istinadən xəbər verir.

Sosioloqlar müəyyən ediblər ki, 16-21 yaşlı gənclərin demək olar ki, 70%-i sosial şəbəkələrdə vaxt keçirdikdən sonra özlərini pis hiss edirlər. Onların 50%-i axşam saat 10-dan sonra müəyyən proqram və saytlara girişlərini məhdudlaşdıran “rəqəmsal komendant saatı”nı dəstəkləyəcək.

Tədqiqat iştirakçılarının 25%-i sosial şəbəkələrdə gündə dörd saatdan çox vaxt keçirdiklərini etiraf edib. 42%-i valideynlərinə və qəyyumlarına internetdə etdikləri barədə yalan danışdıqlarını bildirib.