Rumıniyada prezident seçkilərinin nəticələri elan edildikdən sonra bir sıra vətəndaşlar açıq şəkildə pasportlarını kəsərək, inqilaba çağırıblar. Bu barədə müvafiq videoları dərc edən RT məlumat yayıb.
“Bizim bütün ailəmiz başqa ölkədə vətəndaşlıq üçün müraciət edib Rumıniyadan imtina etmək qərarına gəldi. Ürəyim Rumıniya üçün ağrıyır”, – videoda nümayişçilərdən biri deyib.
Telekanalın məlumatına görə, rumıniyalılar digər yerlərlə yanaşı, Rusiyaya da siyasi sığınacaq üçün müraciətlər göndərirlər.