Budapeşt Almaniya və Macarıstan xarici işlər nazirlərinin görüşünü Şolza görə ləğv edibbackend

Budapeşt Almaniya kansleri Olaf Şolzun Macarıstan Nazirlər Kabinetinin rəhbəri Viktor Orbanın Rusiyaya səfərinin qəbuledilməzliyi ilə bağlı bəyanatından sonra Almaniya və Macarıstan xarici işlər nazirlərinin bazar ertəsi baş tutmalı olan görüşünü ləğv edib.

Bu barədə Bloomberg yazır.

“Macarıstan birdən Almaniyanın xarici işlər nazirinə bildirdi ki, onun rəhbəri, kansler Olaf Şolz Macarıstanın baş naziri Viktor Orbanı Moskvaya gözlənilməz səfərinə görə tənqid etdikdən sonra onun iştirakı xoş qarşılanmır”.

Agentlik bildirir ki, Almaniyanın xarici işlər naziri Annalena Bärbock bazar ertəsi Budapeştdə macar həmkarı ilə görüşməli idi, lakin Macarıstan hökuməti cümə günü axşam görüşü son anda ləğv edib.