Budapeştdə TDT Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası başlayıbbackend

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası başlayıb.

İctimai.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Macarıstanın Baş naziri Viktor Orban dövlətimizin başçısını qarşılayıb.