Bundestaq Ukraynanın 2027-ci ildə Aİ-yə qoşulmasını qeyri-real adlandırıbbackend

Almaniya Bundestaqının Aİ Komitəsinin sədri Anton Hofreiter Euractiv-ə verdiyi açıqlamada Ukraynanın 2027-ci ilə qədər Avropa Birliyinə qəbul edilməsi planının qeyri-real olduğunu bildirib.

O, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Ukraynanın Aİ-yə qəbulunu sürətləndirmək cəhdlərinin uğursuz olacağını bildirib.

“Ursula fon der Leyenin Ukraynanın 2027-ci ilə qədər Aİ-yə qoşulması ideyası qeyri-realdır”, – deyə o bildirib.

Hofreiter qeyd edib ki, fon der Leyenin bu yaxınlarda yeni dövlətlərin Aİ-yə məhdudiyyətlərlə qəbul edilməsini sürətləndirmək planlarına ictimai reaksiyanı qiymətləndirmək üçün Aİ üzv dövlətlərinin səfirlərini bir araya gətirib.