Bütün sahələrdə şəffaflıq əsas məqsədlərdəndirbackend

Dövlət başçısı İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurlardan geniş bəhs edərək dayanıqlı inkişafın təmin edilməsində şəffaflığın, vətəndaş məmnunluğunun artırılmasının rolunu xüsusi vurğulamışdır. Ötən illərdə bu sahədə görülən işlərin uğurlu nəticələrindən geniş toxunan ölkə Prezidenti bu inamı ifadə etmişdir ki, bu il bu sahədə də mübarizə davam etdiriləcəkdir. Son 18 ildən artıq dövrdə ölkədə həyata keçirilən kadr islahatları göz önündədir. Dövrün, zamanın tələblərinə uyğun olaraq islahatların həyata keçirilməsi labüd olduğu kimi, kadr dəyişikliyi də vacibdir. Bu tələb qarşıya qoyulur ki, gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında bir vəhdət təşkil etmək lazımdır. Müasir düşüncəyə malik olan gənclik yeni dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün böyük potensiala malikdir. Gənclərin xarici ölkələrdə təhsili, əldə etdikləri təcrübəni ölkəyə qayıtdıqdan sonra tətbiq etmələri də uğurlu gələcəyə hesablanmış addımlar sırasındandır.
Son illər hakimiyyətin bütün qollarında ciddi kadr islahatları aparılıb. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında kadr dəyişikliyi baş verib. Bu kimi addımlar korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq.
Dövlət başçısı İlham Əliyev vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsini və vətəndaş məmnunluğunun təminini məmurlar qarşısında ən vacib vəzifələr kimi müəyyənləşdirib. Yeniliyə, təkmilləşməyə daha çox meyilli olan, Azərbaycanın brendi kimi nüfuz qazanan «ASAN xidmət», DOST layihələrinin həyata keçirilməsində də şəffaflığın qorunması, vətəndaş məmnunluğunun artırılması əsas hədəflərdəndir.
Cənab İlham Əliyevin ötən il regionlara 47 səfər etmişdi ki, onların da 32-si işğaldan azad edilmiş ərazilərimizə idi. Bu torpaqlarda bərpa və quruculuq işlərinin aparılması ilə yanaşı, cənab İlham Əliyev digər bölgələrin də sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində mühüm addımlar atır. Yeni sosial obyektlərin təməlinin qoyulması, açılışı, ictimaiyyət nümayəndələri ilə görüşüb qayğılarını, onları narahat edən məsələləri öz dillərindən eşitmək istəyi dövlət başçısına xalqın sevgisini birə on qat artırır.
Korrupsiyaya, inhisarçılığa və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi, bu istiqamətdə aparılan islahatların ictimaiyyət tərəfindən yüksək dəyərləndirilməsi sübut edir ki, cəmiyyətdə şəffaflığın təmin olunması naminə dövlətin apardığı siyasət kampaniya xarakterli deyil, ciddi, qətiyyətli, davamlı prosesdir. Bu gün regionlarımız sürətli inkişaf dövrünü yaşayır. Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası yeni-yeni hədəflərə yol açır. Bütün bu addımlar ümumilikdə Azərbaycanın iqtisadi möcüzələr ölkəsi imicinə yeni əlavələr edir.

Aysel Vəliyeva

YAP Səbail rayon təşkilatının əməkdaşı.