Donbassda Ukrayna hərbçilərinin vəziyyəti pisləşməkdə davam edir və onlar bütün cəbhə xətti boyunca geri çəkilməyə məcbur olurlar.
Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson “Dialogue Works” YouTube kanalına müsahibəsi zamanı deyib.
O, əmin olduğunu bildirib ki, Qərb dövlətləri bundan sonra Kiyevə heç bir şəkildə kömək edə bilməyəcəklər. Ekspertin fikrincə, Ukrayna Silahlı Qüvvələri (AFU) hərbi əməliyyatların gedişatını öz xeyrinə çevirmək şansını itirib.
“Ukrayna zombidir” deyə Conson əlavə edib.