Cəbrayılda Bilik Günü münasibətilə tədbir keçirilibbackend

Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində Bilik Günü münasibətilə tədbir keçirilib.

İctimai.az xəbər verir ki, tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Cəbrayıl Rayon Təhsil Sektorunun müdiri Zamiq Qurbanov, şagirdlər, müəllimlər və valideynlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səslənib, daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəb rəhbərliyinin və qonaqların çıxışlarından sonra bədii hissə şagirdlərin çıxışları ilə davam edib.