Cəlilabadda Şəhid Əsgərov Musanın Il Mərasimində Bir Qrup Şəxsin Qərəzli Fikirlərinə Qarabağ Qazisi, Ağsaqqal Maşalla Əliyevin Münasibəti!-Videobackend

İctimai.az Xəbəral.az istinadən xəbər verir ki, Cəlilabadda Vətən müharibəsi şəhidi Əsgərov Musanın il mərasiminə dəvətsiz gələn bir qrup şəxs, sosial şəbəkələrdə şəhidin küçəsinin palçıqlı olmasını şəhidə rayon rəhbərliyinin diqqətsizliyi kimi qeyd edib. Nəzərinizə çatdırmaq istərdik ki, Cəlilabad rayonuna yeni təyin olunan icra başçısı Rafiq Cəlilov işə başladığı ilk gündən Vətən müharibəsi qaziləri və şəhid ailələrini hər gün ziyarət edir, problemlərinin həlli istiqamətində tapşırıqlar verir və işlər görür. Son günlər respublikada eləcə də Cəlilabad rayonunda aramsız yağan yağış nəticəsində rayonun əksər yollarında gölməçələr yaranmışdır. Qazi Maşalla Əliyev belə küçələri videoya çəkib, şəhidin qapısı kimi qeyd edərək ictimaiyyətdə qərəzli fikirlər yaratmağa çalışan təxribatçı şəxsləri qınayıb və ictimaiyyəti görülən işlərə düzgün qiymət verməyə çağırıb.
Qeyd edək ki, həmin şəxlərin qərəzli video çəkib paylaşmasından şəhidin anası Sevda xanım da narahat olub və həmin şəxslərdən ondan üzr istəməsini tələb edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 14 sentyabr 2021-ci il Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.