“Çelsi” baş məşqçi postuna namizədlə ilk danışıqları aparıbbackend

Sky Sports xəbər verir ki, Londonun “Çelsi” klubu Maurisio Poçettino ilə komandanın baş məşqçi postuna mütəxəssis təyinatı ilə bağlı ilk danışıqları aparıb.

Klub Tomas Tuçelin qovulmasından sonra da mütəxəssislə müqavilə bağlamaq istəyib.

Argentinalı çalışdırıcı dəqiq cavabı ancaq yayda verəcək. “Çelsi” hələ də namizədləri öyrənmək prosesindədir.

İndi “aristokratlar”ın qısa siyahısında yeddi namizəd var. Bunlar Luis Enrike, Maurisio Poçettino, Lusiano Spaletti, Ruben Amorim, Vinsent Kompani və Abel Ferreyradır.

İctimai.az