Bloomberg xəbər verir ki, amerikalı sahibkar, Tesla, SpaceX və Twitter şirkətlərinin rəhbəri İlon Mask son 24 saat ərzində 13 milyard dollar itirib.
Agentlik yazır: “İlon Mask üçün 24 saat təlatümlü keçdi”. Materialda qeyd olunur ki, maliyyə vəziyyətinin aşağı düşməsi bir gün əvvəl Tesla səhmlərinin 9,75% azalması və SpaceX tərəfindən hazırlanmış və səmada cəmi dörd dəqiqə vaxt keçirən eksperimental Starship raketinin partlaması ilə əlaqədardır.
Məqalədə “Maskın xalis sərvəti 12,6 milyard dollar azalıb ki, bu da bu ilin ən böyük azalmasıdır”.
İctimai.az

