“Çelsi” ukraynalı futbolçunu 89 milyon avro tələb edə bilərbackend

Londonun “Çelsi” klubu ukraynalı futbolçu Mixailo Mudriki dopinq qəbul etdiyinə görə məhkəməyə verə bilər, “First Sport” Telegram kanalı The Athletic-ə istinadən xəbər verir.

Qeyd olunur ki, klubun ukraynalıdan onun transferi ilə bağlı itkilərin ödənilməsini tələb etmək hüququ var.

2025-ci il dekabrın 17-də Mudrikin dopinq testindən keçə bilmədiyi məlum olub. 2025-ci il fevralın 8-də dopinq nümunəsi “B” mənfi olsa belə, FA-nın Mudriki cəzalandıra biləcəyi barədə məlumatlar ortaya çıxdı. Aprelin 22-də Mudrikin bu işlə bağlı yalan detektoru testindən keçdiyi məlum olub. Onu dörd ilə qədər diskvalifikasiya gözləyir.