Hollivud aktrisası və müğənnisi Cennifer Lopesin sənətçi Brett Qoldşteynlə münasibəti haqda xəbərlər yayılıb.
Fotolar Daily Mail saytında dərc olunub.
Cennifer Lopez Nyu Cersidə Netflix-in romantik komediya “Office Romance” filminin çəkiliş meydançasında Brett Qoldşteynlə birlikdə fotosessiyaya çəkilib. Jurnalistlərin sözlərinə görə, aktyor çəkilişlər arası fasilələrdə həmkarının qolundan tutaraq onunla təbəssümlə söhbət edib. Bildirilir ki, filmin çəkilişindən ilk görüntülər internetdə görünəndən sonra internet istifadəçiləri məşhurların münasibət qurmasından şübhələnməyə başlayıblar.
Mart ayında bir insayder In Touch Weekly jurnalına demişdi ki, Cennifer Lopez kişilərin ondan sui-istifadə etməsindən yorulub. Tabloidin mənbəsinin sözlərinə görə, aktrisa özünə diqqət çəkməyəcək sevgilisi tapmaq istəyir. Mənbə qeyd edib ki, müğənni öz prinsiplərinə sadiq, özünə güvənən “iş adamına və ya sadə işçiyə” yaraşacaq. İnsayder əlavə edib ki, məşhur “özünü xüsusi, qorunan və təhlükəsiz hiss etmək” istəyir.