SABC telekanalı xəbər verir ki, Cənubi Afrika Silahlı Qüvvələri yüksək rütbəli zabitin ölkə ordusunda üsyana çağırış etdiyi iddia edilən saxta video ilə bağlı daxili araşdırmaya başlayıb.
Komandanlıq ictimaiyyətə xəbərdarlıq edib ki, bu video dezinformasiya xarakteri daşıyır və milli təhlükəsizliyə ciddi təhlükə yaradır.
Açıqlamada qeyd olunub ki, videodakı şəxs silahlı qüvvələrdə zabit deyil. Ölkə hakimiyyəti videonun orijinal mənbəyini axtarır və onun yaradılmasına və yayılmasına görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb edəcək.