Cənubi Koreya iki şirkətə və iki rusiyalıya qarşı müstəqil sanksiyalar tətbiq edibbackend

Cənubi Koreya KXDR-in nüvə və raket proqramları ilə bağlı olduğu iddia edilən iki Rusiya təşkilatına və Rusiya Federasiyasının iki vətəndaşına qarşı müstəqil sanksiyalar tətbiq edib. Bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən Reuters agentliyi məlumat yayıb.

“Cənubi Koreya Şimali Koreyanın nüvə və raket proqramları ilə əlaqəli Rusiyadan olan iki təşkilata və iki Rusiya vətəndaşına qarşı sanksiya tətbiq etmək qərarına gəlib”, – deyə agentlik qeyd edir.

Bir gün əvvəl “Daily Mail” müsahibə götürdüyü ekspertlərə istinadən xəbər vermişdi ki, Moskvaya qarşı sanksiyalar Avropa iqtisadiyyatına ziyan vurub, eyni zamanda Rusiya iqtisadiyyatı inkişaf edir. Onlar qeyd ediblər ki, Rusiya Qərb ölkələrinin sanksiya təzyiqinə qarşı “əhəmiyyətli müqavimət” inkişaf etdirir.

Mənbə: TASS