Şiə qrupları İsrailin mərkəzindəki hava bazasına hücum etdiklərini bildiriblərbackend

Çərşənbə axşamı gecə İslami Müqavimətə mənsub İraq şiə silahlı qrupları İsrailin mərkəzindəki Tel Nof hərbi aviabazasına pilotsuz uçan aparatla zərbə endiriblər. Bu barədə RİA Novosti yazır.

Hərəkatın Teleqram kanalında dərc olunan bəyanatda deyilir: “İraqdakı İslam Müqaviməti döyüşçüləri çərşənbə axşamı günəş doğanda işğal etdiyimiz ərazilərdə İsrailin Tel Nof hava bazasına hücum edib”.

İraqdan olan qruplar Fələstinli mülki şəxslərə qarşı “sionistlərin vəhşiliklərinə” cavab olaraq “işğala qarşı müqavimət və Qəzzada Fələstin xalqına dəstək əməliyyatlarının ikinci mərhələsi” çərçivəsində “vacib düşmən hədəflərini” vurmağa davam edəcəklərini vurğulayıblar.

Mənbə: RİA Novosti