Cənubi Koreya ilk dəfə Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edirbackend

Cənubi Koreya ilk dəfə olaraq kibertəhlükəsizliyə görə KXDR-ə qarşı sanksiyalar tətbiq edib.

TASS Cənubi Koreya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

“Hökumət Şimali Koreyanın nüvə raket proqramının maliyyələşdirilməsinin əsas mənbələrindən biri olan kiberməkanda qeyri-qanuni fəaliyyətlərə cavab olaraq tədbir görməyə qərar verib”, – məlumatda deyilir.

KXDR-dən dörd şəxs və yeddi təşkilat, o cümlədən Lazarus Qrupu (Lazarus Group) sanksiyalara məruz qalıb.

Cənubi Koreya Şimali Koreyalı hakerlərin nüvə proqramını maliyyələşdirmək üçün kriptovalyutaları oğurladığına inanır.

Bundan əvvəl məlum olub ki, G7 Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyaları müzakirə edir.

Mənbə: TASS

İctimai.az