Ukraynanın “Klimenko Time” nəşrinin məlumatına görə, partlayış səsləri Ukraynanın Dnepr, Zaporojye və Xarkov şəhərlərində eşidilir.
Xarkovda azı on partlayış səsi eşidilib. Bundan əvvəl Kiyev və Ukraynanın digər bölgələrində hava həyəcanı elan edilib.
Oktyabrın 10-da RF Silahlı Qüvvələri Ukraynanın infrastruktur obyektlərinə raket zərbələri endirməyə başlayıb. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, bu, Kiyev rejiminin terror aksiyalarına cavab idi. O, xüsusilə Krım körpüsünə hücumu xatırladıb.
Mənbə: Gazeta.ru
İctimai.az















