Cənubi Koreya hakimiyyəti hesab edir ki, KXDR birtərəfli qaydada Seulla əlaqəni kəsə bilər.
RİA Novosti xəbər verir ki, bu barədə jurnalistlərə Cənubi Koreya Müdafiə Nazirliyinin nümayəndəsi Ku Ben Sam məlumat verib.
“Bu səhər KXDR nə hərbi xəttdən, nə də əlaqə ofisindən gələn zəngə cavab vermədi. Hazırda biz Şimali Koreyanın birtərəfli blokadaya düşmə ehtimalına meylliyik”, – deyə o bildirib.
Bundan əvvəl Şimali Koreya nümayəndələrinin üçüncü gündür ki, Cənubi Koreya ilə hərbi əlaqə xəttində müntəzəm zənglərə cavab vermədiyi bildirilirdi. KXDR-in rabitə xətti ilə əlaqə saxlamaması barədə məlumatı Cənubi Koreya rəsmiləri verib.
İctimai.az

