“Microsoft” şirkəti “Windows 10” istifadəçilərinə əməliyyat sisteminin məşhur versiyalarından birinin dəstəyinin tezliklə sona çatması barədə bildirişlər göndərməyə başlayıb.
Bu barədə “Neowin” portalı məlumat yayıb.
Söhbət Windows 10 21H2-dən gedir – Windows 10 Home, Pro, Pro Education və Pro for Workstations artıq 13 iyun 2023-cü ildə rəsmi yeniləmələri almayacaq.
Bu versiyalar üçün son yeniləmə də iyun ayında buraxılacaq. Bu həm də o deməkdir ki, Windows 10-un yuxarıda qeyd olunan variasiyaları artıq cari kibertəhlükələrdən qorunmaqla aylıq təhlükəsizlik yamaları almayacaq.
Microsoft bu sistemlərin istifadəçilərini hakerlərin potensial qurbanına çevrilməmək və onların bütün məlumatlarını saxlamaq üçün dərhal Windows 10 və ya Windows 11-in daha yeni versiyalarına təkmilləşdirməyə çağırıb.
Mənbə: Haberler.com
İctimai.az

