Cənubi Koreya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırıbbackend

Koreya Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın Seuldakı səfiri Georgi Zinovyevi çağırıb. Bu barədə Yonhap agentliyi məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, səfirə Rusiya ilə KXDR arasında strateji tərəfdaşlıq haqqında sazişin bağlanması ilə bağlı etiraz edilib.

Rusiya səfirliyi hələlik bu xəbəri şərh etməyib.

Mənbə: Gazeta.ru