Çerçesov Avropa komandasına rəhbərlik edə bilərbackend

Rusiyalı məşqçi Stanislav Çerçesov Polşa millisinə başçılıq edə bilər.

Bu barədə “Çempionat” məlumat yayıb.

İyunun 12-də Mixal Probyer Polşa millisinin baş məşqçisi postunu tərk edib. İstefa komandanın Finlandiyaya 1:2 hesablı məğlubiyyətindən sonra, həmçinin Probej və hücumçu Robert Levandovski arasında münaqişə fonunda baş verib.

Stanislav Çerçesov 2025-ci ilin əvvəlində komandasız qalıb.Yanvarın 27-də Qazaxıstan Futbol Federasiyası onun milli komandanın baş məşqçisi vəzifəsindən azad edildiyini açıqlayıb. O, 2024-cü ilin yayında Qazaxıstan yığmasının başına keçib.

Onun rəhbərliyi altında Qazaxıstan millisi Millətlər Liqasında bir neçə böyük hesablı məğlubiyyətlə üzləşib: noyabrın 14-də Alma-Atada Avstriyaya uduzub (0:2), noyabrın 17-də isə səfərdə Norveçə uduzub (0:5).