Rusiya Türkmənistanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır və ölkələr arasında illik ticarət dövriyyəsi 1,6 milyard dollardan çox təşkil edir.
“İnterfaks” xəbər verir ki, bunu baş nazirin müavini Xocamirat Gəldimiradov deyib.
Rusiyanın Aşqabaddakı səfirliyi tərəfindən Rusiya Günü şərəfinə təşkil olunmuş rəsmi qəbulda o, bu ilin ilk altı ayında Rusiya ilə Türkmənistan arasında ticarət dövriyyəsinin həcminin 58% artdığını, ümumilikdə isə 1991-ci ildən bu yana 60 milyard dolları ötdüyünü bildirib.
Gəldimiradov qeyd edib ki, Moskva və Aşqabadı zəngin tarixi təcrübəyə, mehriban qonşuluğa və qarşılıqlı hörmətə əsaslanan güclü strateji tərəfdaşlıq birləşdirir.