ABŞ Rusiya və Ukrayna arasında memorandumları təhlil edərək münaqişənin yekun həllinin nə ola biləcəyini təqdim edib.
TASS xəbər verir ki, bunu ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
Brüsseldə Avro-Atlantik Təhlükəsizlik Forumunda çıxışı zamanı ABŞ nümayəndəsi qeyd edib ki, Vaşinqton sülh yolu ilə nizamlanmanın konturlarını müəyyən edə biləcək şərtlər siyahısına gəlib. Onun sözlərinə görə, bu, Rusiya və Ukraynanın şərtlər siyahısının birləşməsi sayəsində mümkün olub.
“Biz hər iki sənədi birləşdirdik və yekun nəticəyə gəlmək üçün onların necə birləşdirilə biləcəyini özümüzdən soruşduq. Biz indi kifayət qədər əminik və buna nail ola bilsək, bunun nəticəsinin nə olacağını başa düşürük” dedi Kelloq.
Kelloq əlavə edib ki, Amerika tərəfi bu nəticəni “qələbə” hesab edir.