Çexiya prezidenti Avropa ordularının yüksək intensivlikli münaqişəyə hazır olduğunu açıqlayıb

Çexiya prezidenti Petr Pavel Rusiyanı Avropa ölkələri üçün əsas təhlükə adlandırıb və bildirib ki, Aİ ölkələrinin orduları yüksək intensivlikli münaqişəyə hazırlaşır. RBC bu barədə Çexiya rəhbərinin “Vışeqrad dördlüyü” (Çexiya, Slovakiya, Macarıstan və Polşa) prezidentlərinin görüşündə çıxışına istinadən xəbər verir.

Pavel Ukraynadakı münaqişəyə görə Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətini bərpa etməsinin illər çəkəcəyi qənaətində olduğunu bildirib. Bununla belə, Çexiya Prezidenti vurğulayıb ki, buna baxmayaraq, NATO dövlətləri hələ də Moskvanı “bir nömrəli təhlükə” kimi qəbul edirlər. Buna görə də bütün Avropa orduları qitədə yüksək intensivlikli münaqişə ehtimalına hazırlaşır.

Öz növbəsində Polşa prezidenti Anjey Duda bəyan edib ki, ölkədə ordunun modernləşdirilməsi və gücləndirilməsi proqramı artıq həyata keçirilir. Polşa prezidenti “potensial təcavüzə” yaxşı hazır olmağa çağırıb.

Mənbə: A Haber

Oxşar xəbərlər