Çexiya Rusiyanı “təhlükəsizliyə birbaşa təhdid” adlandırıb

Ordunun yeni inkişafı konsepsiyasına giriş sözü ilə çıxış edən Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karl Rzeçka deyib ki, Çexiya Rusiyaya “təhlükəsizliyə birbaşa təhdid” və “potensial hərbi rəqib” kimi baxır. Bununla yanaşı, Praqa, Çexiya hərbçilərinin fikrincə, Avropada genişmiqyaslı münaqişə ehtimalını minimuma endirməyə çalışır.

Sentyabrda Çex nəşri “Seznam Zprávy” Çexiyanın yeni müdafiə strategiyası haqqında məlumat yayıb və Rusiyanı ölkə üçün “ən ciddi təhlükə” adlandırıb. Qəzet qeyd edib ki, bu sənəd artıq respublikanın Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib. Bu sənəddə Çexiyanın müdafiə siyasətinin əsas məqsədi “nüvə silahına malik texnoloji cəhətdən inkişaf etmiş düşmənlə yüksək intensivlikli uzunmüddətli müdafiə müharibəsinə hazırlıq” adlanır.

Rzeçka açılış nitqində vurğuladı: “Rusiya təhlükəsizliyimizə birbaşa təhdiddir və potensial hərbi rəqibdir… Məqsədimiz müharibədən qaçmaq və Avropada kütləvi zorakılıq ehtimalını azaltmaqdır”. Generalın sözləri Müdafiə Nazirliyinin saytında yer alıb.

Mənbə: RİA Novosti

Related Post