Makron ABŞ və Avropanın Ukraynanın gələcəyi ilə bağlı şübhələrini açıqlayıb

Fransa prezidenti Emmanuel Makron “France 5” telekanalına müsahibəsində ABŞ və Avropanın Ukraynanın gələcəyi ilə bağlı şübhələrinin olduğunu etiraf edib.

Dövlət başçısı qeyd edib: “Biz hiss edirik ki, bəzi Avropa ölkələrində də amerikalılar kimi şübhələr yaranmağa başlayıb”.

Makron əlavə edib ki, Avropa ölkələri Vaşinqtonda hazırkı hökumətə sahib olduqları üçün şanslıdırlar. O, həmçinin hesab edir ki, hazırda Ukraynada “Avropanın sülh şəraitində yaşaya bilməsi” məsələsi həll olunur.

Prezident vurğulayıb ki, Fransa Rusiya ilə müharibə aparmır, lakin onun qalib gəlməsinə imkan verə bilməz.

Bundan əvvəl Makron Rusiya prezidenti Vladimir Putinin 2024-cü ildə Fransaya dəvət oluna biləcəyini açıqlamışdı. Makron daha əvvəl Putinlə dialoqu bərpa etməyə hazır olduğunu bildirib.

Mənbə: Haber Global

Oxşar xəbərlər