Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala tərəfindən qəbul edilib.
Bu barədə Azərbaycan XİN-in rəsmi “X” hesabında məlumat verilib.
Bildirilib ki, görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, COP29-la əlaqədar məsələlər və münaqişədən sonrakı regional dinamika müzakirə edilib.