Polşada prezidenti nüvə silahı ilə bağlı dediklərinə görə sərt tənqid ediblərbackend

Polşalı deputatlar Nüvə Bölgüsü proqramı çərçivəsində NATO-nun cinahını gücləndirmək üçün Varşavanın ölkədə nüvə silahı yerləşdirməyə hazır olması barədə bəyanatından sonra ölkə prezidenti Anjey Dudanı tənqid ediblər.

Deputatlar Sezari Tomçik və Dariuş Viçzorek Polşa prezidentinin sözlərini tənqid ediblər.

“Duda hökumətlə danışmadan de-fakto yenidən beynəlxalq təşəbbüslə çıxış edir. Düşünürəm ki, əvvəlcə söhbət, sonra isə təşəbbüs olmalıdır”, – Tomçik Polşanın TVN24 telekanalına müsahibəsində vurğulayıb.

Öz növbəsində, Polşanın solçu deputatı Dariusz Wieczorek Zet radiosunda deyib ki, “belə bəyanatlar baş nazir, hökumət və hərbi komandanlıqla razılaşdırılmalıdır. Ciddi qərarları peşəkarlar verməlidir”.

Aprelin 22-də Polşa prezidenti Anjey Duda bəyan edib ki, Varşava öz ərazisində ABŞ-ın nüvə silahını yerləşdirməyə hazırdır.

Mənbə: A Haber