Ceyhun Məmmədov seçiciləri ilə canlı yayımda görüş keçiribbackend

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatı Ceyhun Məmmədov seçicilərinin suallarını cavablandırmaq, təkliflərini dinləmək məqsədilə Facebook üzərindən ilk canlı görüş keçirib.
İctimai.az xəbər verir ki, deputat ilk görüşün uğurlu keçdiyini düşünür:

“Ümumi baxış sayı 7000-ni, rəy və müraciətlərin sayı 400-ü ötdü. Məlumat üçün qeyd edim ki, bütün müraciətlər qeydiyyata götürülüb. Hər bir müraciətə fərdi yanaşılacaq və növbəti günlərdə müraciətlərin həlli ilə bağlı aidiyyəti strukturlara müraciət ediləcək. Aktiv iştiraka görə hər birinizə təşəkkür edirəm. İnanıram ki, bu cür görüşlər qarşılıqlı inam və etimadın güclənməsinə, birgə fəaliyyətə öz töhfəsini verəcək”.

İctimai.az