Çin istehsalı olan Tide yuyucu toz təhlükəsizlik testindən keçə bilməyib. Bunu Roskaçestvo araşdırmasının nəticələri sübut edir.
Qeyd olunur ki, Roskaçestvo Rusiya, Belarus, Türkiyə və Çin istehsalı olan Index, Persil, Aist, Bimax, Synergetic, Ariel, Dosia, Pemos, Peros, Losk və s. kimi 20 marka yuyucu tozunu sınaqdan keçirib.Tədqiqatda Rusiya istehsalı olan “Tide” və Çin istehsalı olan “Tide” də var.
Çin istehsalı olan “Tide” uşaq paltarlarını yumaq üçün istifadə edildikdə göz konyunktivasına qıcıqlandırıcı təsir göstərdiyi üçün sınaqdan keçə bilməyib.