Türkiyə Rusiyaya limon ixracını kəskin şəkildə azaldıbbackend

2025-ci ilin aprelində Türkiyə Rusiyaya limon ixracını kəskin şəkildə 5,6 min tona qədər azaldıb ki, bu da pandemiyadan sonra bu ay üçün antirekord olub.

RİA Novosti bu barədə Türkiyə statistikasına istinadən xəbər verir.

Aprelin əvvəlində Türkiyənin Ticarət Nazirliyi soyuq hava və daxili qıtlıq səbəbindən limon ixracını dayandırdığını açıqlamışdı. Lakin elə ertəsi gün fermerlər və ixracatçılarla görüşlərdən sonra hakimiyyət məhdudiyyətlərdən əl çəkib. Buna baxmayaraq, Rusiyadan limon idxalı hələ də keçən illə müqayisədə demək olar ki, yarıya enib, dəyəri isə üçdə bir azalaraq 3,6 milyon dollar olub.

Aprel ayında Türkiyədən tədarükün belə aşağı səviyyəsi əvvəllər yalnız bir dəfə – 2020-ci il pandemiya ilində, logistikanın həqiqətən dayandığı bir vaxtda müşahidə olunub.