Çilidə dəhşətli yanğından ölənlərin sayı artdıbackend

Çilinin mərkəzində və cənubunda davam edən meşə yanğınlarında can itkisi 23-ə yüksəlib. Yaralıların sayının 979 olduğu açıqlanıb.

İctimai.az xəbər verir ki, Çili səlahiyyətliləri meşə yanğınlarından ən çox zərər çəkən ərazilərin Nubla, Bio-Bio və La Araucania bölgələri olduğunu açıqlayıb.

Yerli media ölənlərin sayının 23-ə, yaralıların sayının isə 979-a yüksəldiyini bildirib.

Hökumət Argentina, İspaniya, Ekvador, Venesuela və ABŞ-dan yanğınsöndürənlərin yanğınla mübarizəyə dəstək üçün gələcəyini açıqlayıb.

Mənbə: Haber Turk

İctimai.az