Zirədə qalib müəyyənləşmədibackend

Azərbaycan Premyer Liqasının növbəti turu keçirilir.

19-cu tur çərçivəsində Zirədə “Zirə” və “Qəbələ” klubları qarşılaşıblar.

İctimai.az xəbər verir ki, turnir çərçivəsində 4-cü və 5-ci pillələrdə mövqe tutan komandaların görüşündə qalib müəyyənləşməyib. Hər hissədə iki qol vuran komandaların görüşü 2:2 hesabı ilə başa çatıb.

19 turdan sonra “Qəbələ” isə 27 xalla beşinci,  “Zirə” 32 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Çempionata isə “Qarabağ” başçılıq edir.

İctimai.az