Çin bankları ödəniş kartlarında rus adlarına görə pul qəbul etmək istəmirlərbackend

Bir çox Çin bankı ödəniş sənədlərində rus adları göstərildiyi təqdirdə ödənişləri emal etməkdən imtina edir. Bu barədə “İzvestiya” qəzeti yazır.

Oxşar hallar iyulun ortalarında qeydə alınmağa başlayıb. Ödəniş sənədlərindəki rus adları, Rusiya ilə hər hansı əlaqə, hətta bəzən kiril əlifbası ilə yazılmış yazılar ödənişin ləğvi üçün əsas olur. Bu baxımdan idxalçılar Rusiya Federasiyası ilə görünən əlaqə olmaması üçün üçüncü şəxslər vasitəsilə əməliyyatlar üçün sənədlər hazırlamağa məcbur olurlar.

Ekspertlərin fikrincə, Çin bankları ikinci dərəcəli məhdudiyyətlərdən qorxurlar. Buna görə də hər hansı bir hipotetik təhlükəni aradan qaldırmağa çalışırlar.