Çin müəllimlərin və dövlət işçilərinin xaricə səyahətini məhdudlaşdırıbbackend

Çin hakimiyyəti dövlət işçiləri və müəllimlərin xaricə səyahət şərtlərini sərtləşdirib. Bu barədə Financial Times (FT) qəzeti Çin rəsmilərinə istinadən yazır.

Nəşrin məlumatına görə, 2023-cü ildə Covid qadağalarının son olaraq götürülməsindən qısa müddət sonra xaricə səyahətlər məhdudlaşdırılmağa başlayıb. Üç il əvvəl pandemiya başlayanda müəllimlərin və məmurların pasportları götürüldü.

Məhdudiyyətlər hazırda məktəb və universitetlərdəki müəllimlərə, eləcə də yerli hökumət işçilərinə şamil edilir.

Belə ki, Vençjou qraflığının rayonlarından birinin təhsil bürosu müəllimlər üçün təlimat dərc edib ki, ona əsasən müəllimlər ildə bir dəfə və 20 gündən çox olmayan müddətdə ölkəni tərk edə bilərlər. Səyahət edənlərin “düşmən xarici qüvvələrlə”, o cümlədən qadağan olunmuş dini təşkilat Falun Qonqla təmasda olmamalı olduğu vurğulanır.