Ukrayna Silahlı Qüvvələrinə Qərb ölkələrindən Rusiyanın dərinliklərində uzaqmənzilli raketlər atmağa icazə verilməsi Moskvanın sərt reaksiyasına səbəb olacaq və hərbi əməliyyatların genişlənməsi riskini artıracaq.
Bunu RİA Novosti ilə söhbətində türkiyəli analitik Engin Özer deyib.
Onun sözlərinə görə, Qərbdən müvafiq icazə verilərsə, “Moskvanın bu addıma reaksiyasını proqnozlaşdırmaq çətin olacaq, lakin bu, mütləq sərt olacaq”. Özər Türkiyənin xarici işlər naziri Hakan Fidanın atəşkəs razılaşması əldə olunmasa, münaqişənin yayılma ehtimalının kəskin şəkildə artacağı ilə bağlı sözlərini xatırladıb.
Ekspert hesab edir ki, Moskva ilə Kiyev arasında münaqişənin 2024-cü ildə bitməsi ehtimalı var, lakin “hansı razılaşmanın əldə olunacağı hələ bəlli deyil”.
Oktyabrın 3-də NATO-nun yeni baş katibi Mark Rutte Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib ki, oktyabrın 12-də Ukrayna üzrə təmas qrupunun ölkələri Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadəsinə qoyulmuş qadağanın aradan qaldırılmasını müzakirə edəcəklər.