Çin nəşri Polşanın anti-Rusiya kursunun yumşaldıldığını elan edibbackend

Polşa ölkə prezidenti Anjey Dudanın Çinə səfərindən sonra xarici siyasətini dəyişib.

Bu barədə Çinin “Sohu” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Pekindən qayıtdıqdan sonra Polşa lideri Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ritorikasını yumşaldaraq, vurğunu sülh yolu ilə nizamlanmanın dəstəklənməsinə yönəldib.

Varşava həmçinin Kiyevə irimiqyaslı hərbi yardım göstərməkdən və Ukraynanın təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş təlimlərdə iştirakdan imtina edib.

Duda danışıqlar prosesində mümkün kompromisləri şərh edərkən, “Ukrayna müəyyən qədər təslim olmağa məcbur olacaq və çox güman ki, belə olacaq”.