Tom Kruz uşaqlarına münasibətinə görə tənqid edildibackend

Aktyor Tom Kruz tətilini iş yerində keçirmək qərarına görə pis ata adlandırılıb.

Bu barədə New York Post məlumat yayıb.

Kann Film Festivalı zamanı jurnalist aktyordan qarşıdan gələn Atalar Gününü necə keçirməyi planlaşdırdığını soruşub.

“Yəqin ki, əylənəcəyəm.” Və sonra əlavə etdi: “Biz kino çəkirik, böyük sərgüzəştlərimiz var, əla vaxt keçiririk” dedi Kruz.

Onun bayrama biganəliyi sosial şəbəkədə tənqidlərə səbəb olub.

“Dağda əylənmək”, “Uşaqları unutmuşam”, “Yeni sevgilisi günahkardır” yazıblar.