Çin parlamenti üç naziri tutduqları vəzifələrdən uzaqlaşdırıbbackend

Çin parlamenti maliyyə, müdafiə, elm və texnologiya nazirlərini tutduqları vəzifələrdən uzaqlaşdırmaq qərarına gəlib. RİA Novosti xəbər verir ki, bu qərarların səbəbləri açıqlanmır.

Qeyd olunur ki, Çinin maliyyə naziri Liu Kun və elm və texnologiya naziri Van Çjiqanq 2018-ci ilin mart ayından hökumətdə çalışıb. Bu yaz onların səlahiyyətləri daha beş il uzadılıb. Eyni zamanda, Çin Müdafiə Nazirliyinin rəhbəri Li Şanfu 7 ay öz vəzifəsində çalışıb.

Bundan əvvəl Çin Müdafiə Nazirliyinin rəhbəri, Dövlət Şurasının üzvü Li Şanfunun hər iki vəzifədən uzaqlaşdırıldığı bildirilirdi. Materialda izah edilir ki, Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsi və respublikanın ali qanunvericiləri Çinin keçmiş xarici işlər naziri Qin Qanqın dövlət müşaviri vəzifəsindən kənarlaşdırılmasını dəstəkləyiblər.

Mənbə: RİA Novosti