Çin, Rusiya da daxil olmaqla, bütün ölkələrlə qabaqcıl inkişaf imkanlarını bölüşərək, açıqlığını daha fəal şəkildə genişləndirməyi planlaşdırır. Sinxua Xəbər Agentliyinin məlumatına görə, Çin Prezidenti Si Cinpin bunu Rusiya Prezidenti Vladimir Putinlə video söhbəti zamanı bildirib.
Çin lideri bildirib ki, “Çin, Rusiya da daxil olmaqla, bütün ölkələrlə yeni inkişaf imkanlarını bölüşərək, yüksək səviyyəli açıqlığı daha fəal şəkildə genişləndirəcək”.
Çin lideri həmçinin bildirib ki, Moskva ilə Pekin arasındakı münasibətlər hazırda yeni inkişaf mərhələsinə qədəm qoyur.















