Çin Rusiya ilə Şimali Koreyanın yaxınlaşmasından qorxurbackend

Rusiya və Şimali Koreyanın yaxınlaşması Çin üçün əlverişsizdir, çünki ABŞ Yaponiya və Cənubi Koreya ilə müttəfiqliyini gücləndirə bilər.

“The Guardian” xəbər verir ki, bu fikri ABŞ dövlət katibinin müavini Kurt Kempbell bildirib.

Onun sözlərinə görə, Pekin hələlik Moskvanı birbaşa tənqid etməyib, lakin Rusiya Federasiyası ilə KXDR arasında hərəkətlərin koordinasiyasının artması onları “əsəbiləşdirir”.

Kempbell hesab edir ki, Rusiya-Şimali Koreya münasibətlərinin möhkəmlənməsi KXDR-i Çinin maraqlarına zidd olan təxribatları artırmağa sövq edə bilər. Ekspert qeyd edib ki, bu həm də ABŞ-ın Cənubi Koreya və Yaponiya ilə əlaqələrini gücləndirmək üçün səbəb ola bilər ki, bu da Pekinin Şərqi Asiyadakı təsirini məhdudlaşdıra bilər.