Çinin xarici işlər nazirinin müavini Ma Çjaoşu bildirib ki, beynəlxalq ictimaiyyət Rusiya-Ukrayna münaqişəsinin həlli üçün şərait və atmosfer yaratmalıdır. Bu barədə RİA Novosti məlumat yayıb.
Onun fikrincə, beynəlxalq birliyin əsas vəzifəsi sülh danışıqlarını asanlaşdırmaqdır.
Onun sözlərinə görə, döyüş meydanındakı gərgin vəziyyət və toplanmaqda olan münaqişənin genişlənməsi riskləri qlobal miqyasda böyük təsir göstərib.
Mənbə: RİA Novosti
