Milli Xokkey Liqasının (NHL) rəsmi saytının köşə yazarı Den Rozen Vaşinqton Kapitals klubunun rusiyalı kapitanı Aleksandr Oveçkinin yeni mövsümdə vurduğu qolların sayı ilə bağlı proqnoz verib.
“Oveçkinin yeni mövsümdə neçə qolu olacaq? Sağlam qalsa və ən azı 70 oyun oynasa, 40-dan çox. Oveçkin bizə onun sürətini azaldacağına şübhə etmək üçün heç bir əsas vermədi. Bazar günü 38 yaşı tamam oldu, lakin onun vuruşu hələ də NHL-də ən yaxşısıdır” dedi Rosen.
Oveçkin 2005-ci ildən Milli Xokkey Liqasında oynayır. Rusiyada Moskvanın “Dinamo”sunda çıxış edib. Rusiya millisinin üzvü kimi forvard üç dəfə dünya çempionu olub.
Mənbə: Sport.ru

