Çin Şimal axınında olan təxribatı araşdırmağı tələb edibbackend

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, cinayətin miqyasını nəzərə alaraq beynəlxalq ictimaiyyət Rusiyanın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində təxribatla bağlı araşdırma aparılmasını tələb etmək hüququna malikdir.

Bu barədə RİA Novosti məlumat yayıb.

Diplomatın sözlərinə görə, hadisə qlobal enerji bazarına və qlobal ekologiyaya çox mənfi təsir göstərib.

Vanq Venbin hücumlarla bağlı obyektiv, qərəzsiz və peşəkar araşdırmanın aparılmasının zəruri olduğunu vurğulayıb.

Mənbə: RİA Novosti

İctimai.az