Meqan Foks sosial şəbəkəyə qayıtdı və şayiələrə cavab verib

Aktrisa Meqan Foks ilk dəfə bəy Pulemyot Kellinin xəyanəti ilə bağlı şayiələrə münasibət bildirib.

O, Instagram-da bu barədə müvafiq yazı dərc edib.

Meqan Foks nişanlısı Kolson Beykerin gitara ifaçısı Sofi Lloydla onu aldatması barədə məlumatı təkzib etmək üçün bir həftəlik aradan sonra sosial şəbəkəyə qayıdıb.

“Heç bir üçüncü tərəf bizim münasibətlərimizə müdaxilə etməyib. Əlbəttə ki, şəbəkə istifadəçiləri, botlar və iblislər istisna olmaqla. Sizi əsassız dedi-qodu yaymaq imkanından məhrum etməkdən nifrət edirəm, ancaq bu hekayəni basdırmalı və bütün günahsız insanları rahat buraxmalısınız “deyib.

Mənbə: Gazeta.ru

İctimai.az

Oxşar xəbərlər