İngiltərə sakini yerli çimərlikdə yaşı 160 milyon ildən çox olan dinozavrın izi aşkar edib.
Mütəxəssislərin fikrincə, pəncə izi meqalozaurusa aiddir. Mari Vuds evinin yaxınlığındakı çimərlikdə qabıqlı balıqları yığarkən üç barmaqlı nəhəng ayaq izinə rast gəlib.
Qadının özü arxeoloq işlədiyi üçün tapdığı tapıntının tarixi dəyər daşıya biləcəyini anlayıb və bu barədə mütəxəssislərə məlumat verib.
“Baxdıqlarıma inana bilmədim” deyə britaniyalı öz emosiyalarını bölüşdüb.
Mənbə: Lent.ru
İctimai.az













